Əl-Əzhərin şeyxi İrana dəvət edilib

Ərəb dünyasının əsas dini-elmi mərkəzi olan “Əl-Əzhər Universiteti”nin şeyxi İrana səfərə dəvət edilib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bunu “İslam Məzhəblərinin Yaxınlaşdırılması Assambleyası”nın baş katibi höccətül-islam Həmid Şəhriyari deyib.

O, əl-Məyadin telekanalına müsahibəsində son zamanlarda əl-Əzhərin şeyxinin yeni dialoq mərhələsinin başlaması ilə bağlı açıqlamalarına münasibət bildirib və Əhməd əl-Tayyibi İrana səfərə dəvət edib.

Adıçəkilən din alimi misirli din aliminin İslamdaxili dialoq üçün İrana da gəlməsini istəyib.

“Təhlükəsizlik və sabitlik İslam dünyasında hakim olmalıdır və bu iki məqsədi İslamdaxili dialoqla əldə etmək olar”, deyə o əlavə edib.

Qeyd edək ki, Əhməd əl-Tayyib Bəhreyndə Roma Papasının iştirakı ilə birgə keçirilən dinlərarası dialoqa dair beynəlxalq konfransda çıxışı zamanı sünni-şiə arasında dialoqun yeni mərhələsi haqda çağırışlar etmişdi.