Səudiyyə koalisiyası Yəməndən 2 neft gəmisini ələ keçirib

Operativtv.com Rasthaber-ə istinadən xəbər verir ki, Yəmənin Dəniz Milli Neft Şirkəti bu ölkəyə məxsus yanacaq daşıyan 2 gəminin Səudiyyə koalisiyası tərəfindən ələ keçirildiyini açıqlayıb.

İRNA-nın məlumatına görə, Yəmənin Milli Neft Şirkəti cümə axşamı gecəsi Səudiyyənin hücum koalisiyasının Yəmən xalqı üçün yanacaq daşıyan "Fos Enerji" və "Şahzadə Həlimə" adlı iki gəmini ələ keçirdiyini elan edib. Yəmən Milli Neft Şirkətinin açıqlamasına görə, bu 2 gəmi əvvəllər beynəlxalq yoxlamadan keçib. Yəmən Milli Neft Şirkətinin sözçüsü "Əssam əl-Mütəvəkkil" təcavüzkar Səudiyyə koalisiyası tərəfindən neft gəmilərinin ələ keçirilməsinin Yəmən xalqına daha çox təzyiq göstərmək və onların əzablarını artırmaq üçün edildiyini açıqlayıb.

Xatırladaq ki, son 7 ildə Yəmən Səudiyyə koalisiyasının çoxşaxəli mühasirəsinə görə ciddi yanacaq, ərzaq və tibbi avadanlıq çatışmazlığı ilə üzləşib. Səudiyyə Ərəbistanı, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir çox başqa ölkənin dəstəyi ilə 2015-ci ilin mart ayından etibarən Yəmənə hərbi hücumlara başlayıb və ölkəni qurudan, dənizdən və havadan blokadaya alıb. Səudiyyə Ərəbistanı və onun müttəfiqlərinin Yəməndəki müharibəni qızışdırması yüz minlərlə yəmənlinin ölümünə və yaralanmasına, 4 milyon nəfərin isə didərgin düşməsinə səbəb olub. Səudiyyə Ərəbistanının hərbi təcavüzü həmçinin Yəmənin infrastrukturunun 85%-dən çoxunu məhv edib və ölkə ciddi ərzaq və dərman çatışmazlığı ilə üzləşib.

BMT-nin məlumatına görə, Yəmən dünyanın ən pis humanitar böhranı ilə üz-üzədir.