Azərbaycan Premyer Liqası: "Neftçi" "Qəbələ"yə qalib gəlib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun daha bir oyunu keçirilib.

Operativtv.com Report-a istinadən məlumatına görə, "Neftçi" "Bakcell Arena"da "Qəbələ"ni qəbul edib. Görüş "ağ-qaralar"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 24-cü dəqiqədə Kenni Sayef açıb. Rəhman Hacıyev isə 76-cı dəqiqədə son nöqtəni qoyub.

Bu qələbədən sonra xallarını 29-a çatdıran "Neftçi" 3-cü pillədəki mövqeyini qoruyub. 20 xalı olan "Qəbələ" isı 5-ci sırada qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Şamaxı" evdə "Sumqayıt"ı 4:2, "Zirə" isə "Səbail"i 1:0 hesabı ilə məğlub edib. Tura noyabrın 13-də keçiriləcək "Kəpəz" - "Turan Tovuz" və "Sabah" - "Qarabağ" oyunları ilə yekun vurulacaq.