Bu gün Premyer Liqada 2 oyun keçiriləcək

Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XIV turun daha iki oyunu keçiriləcək.

Operativtv.com Unikal-a istinadən məlumatına görə, hər iki matç paytaxtda baş tutacaq.

Günün ilk qarşılaşmasında "Zirə" "Səbail"i qəbul edəcək. Meydan sahibləri 19 xalla beşinci, qonaqlar 10 xalla 7-ci pillədə qərarlaşıb. Komandalar indiyədək Premyer Liqada 20 dəfə üz-üzə gəliblər. Bunların 13-də "qartallar", 3-də "dənizçilər" qələbə qazanıblar. Topların nisbətində də "Zirə"nin aşkar üstünlüyü var - 29:12.

Günün ikinci matçında "Neftçi" "Qəbələ" ilə üz-üzə gələcək. "Ağ-qaralar" 26 xalla üçüncü, Qəbələ təmsilçisi 20 xalla dördüncü yerdədir. Tərəflər ölkə çempionatlarında 56 dəfə qarşılaşıblar. Bunların 26-da paytaxt klubu, 17-də qonaqlar meydanı 3 xalla tərk edib. Topların nisbətində də "Neftçi" öndədir - 84:67.

Azərbaycan Premyer Liqası, XIV tur
12 noyabr (şənbə)

16:00. “Zirə” – “Səbail”
Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Eyyub İbrahimov, Cavid Cəlilov
Hakim-inspektor: Asim Xudiyev
Zirə İdman Kompleksinin stadionu.

18:30. “Neftçi” – “Qəbələ”
Hakimlər: Nicat İsmayıllı, Namiq Hüseynov, Rəhman İmami, Rövşən Rəcəbov
Hakim-inspektor: Feyzulla Feyzullayev
“Bakcell Arena”.

Qeyd edək ki, turun ilk görüşündə "Şamaxı" "Sumqayıt"ı 4:2 hesabı ilə məğlub edib. Turun “Kəpəz” – “Turan Tovuz” və “Sabah” – “Qarabağ” matçları isə noyabrın 13-də keçiriləcək.