İmam Əli (ə) ziyarətgahının İraq məktəblərinə dəstəyi davam edir

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, İmam Əli (ə) ziyarətgahının təşkilatçılığı və maliyyə dəstəyilə mebel ustalarının işi sayəsində İraq məktəblərinə dəstək davam edir.

Belə ki, ilk növbədə Nəcəf şəhərindəki məktəblərdə parta və digər məktəb mebellərinin hazırlanması və təmiri icra edilir.

Digər əyalət məktəblərdəki durum nəzərə alınaraq bu kampaniya genişlədilib.