04 November 2022

“HAZIRDA EVİMDƏYƏM...” – DTX-nın saxladığı nazir müavini danışdı

DTX-nın Mədəniyyət Nazirliyində keçirdiyi anti-korrupsiya əməliyyatında saxlanılan və sonradan sərbəst buraxılan, dünən isə Prezidentin sərəncamı ilə mədəniyyət nazirinin müavini vəzifəsindən azad olunan Elnur Əliyev “Gununsesi.info” saytına qısa açıqlama verib.

Sabiq nazir müavini “Mən hazırda evimdəyəm. İndi elə bir vəziyyətdir ki, nəsə deyə bilmərəm. Yəqin ki, yaxın zamanlarda hər şey aydınlaşar, sizin də bundan məlumatınız olar”, - deyə söhbəti yekunlaşdırıb.

İŞİD terrorbaşı “Əbu Zeyd”ə ömürlük həbs tələb olundu

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, Türkiyədə həbs olunan İŞİD terror qruplaşmasının liderlərindən “Əbu Zeyd” ləqəbli Bəşər Xəttab Qəzəl Al Sumaidai ən ağır ittihamlarla ömürlük həbsə məhkum edilə bilər.

Prokuror ona ömürlük həbs istəyərək istintaq başladıldığı qeyd olunur.

Bəşər Xəttab Qəzəl Al Sumaidaiyə ölkənin konstitusyon nizamını zorla dəyişmək cəhdi ittihamı ilə ağırlaşdırılmış ömürlük həbs tələb edilib.

İraqın Kətaibi Hizbullah Hərəkatı yeni hökumətə qoşulmaqdan imtina edib

Operativtv.com Rasthaber-ə istinadən xəbər verir ki, İraqın Kətaibi Hizbullah Hərəkatının təhlükəsizlik zabiti bəyanat yayaraq, İraqın yeni hökumətində təhlükəsizlik və mülki mövqenin olmadığını bildirib. Bunu Kətaibi Hizbullah Hərəkatının təhlükəsizlik rəhbəri Əbu Əli əl-Əskəri cümə axşamı günü açıqlamasında verib.

KİV: Azərbaycanın təbii qazının Aİ bazarına çıxışı bütün tərəfdaşlara imkan yaradacaq

Avropa İttifaqı (Aİ) əmindir ki, boru kəmərinin genişləndirilməsi Azərbaycanın təbii qazının Aİ bazarına daha geniş çıxış əldə etməsi ilə bütün tərəfdaşlar üçün imkanlar yaranacaq”.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bu barədə Aİ rəsmilərindən biri bildirib.

“Aİ Ukraynada münaqişənin başlanmasından sonra, qitənin kövrək enerji təhlükəsizliyinin üzə çıxmasından bu günə kimi Rusiyanın enerji təchizatına alternativ tapmaq üçün səylə çalışır.

"Səudiyyə Ərəbistanında yeni edam hökmləri narahatlıq doğurur"

Səudiyyə Ərəbistanında saxta məhkəmələr vasitəsilə vicdan məhbuslarının yeni edam dalğasının başlanması perspektivi insan haqları təşkilatlarını narahat edib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Avro-Səudiyyə İnsan Haqları Təşkilatı onlarla məhbusun, o cümlədən gənclər və uşaqların kütləvi edam edilməsi barədə “Səudiyyə Ərəbistanında edamları dayandırın” və “Qətlləri dayandırın” çağırışı edib.

“Qarabağ” mübarizəni Konfrans Liqasında davam etdirəcək

Azərbaycan çempionu “Qarabağ” bu gün avrokuboklarda növbəti oyununu keçirib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, Avropa Liqasında mübarizə aparan Qurban Qurbanovun yetirmələri qrup mərhələsində son matçına çıxıb.
G qrupunda yer alan Ağdam təmsilçisi Almaniya təmsilçisi “Frayburq”u qonaq edib. Qrupda 1-ci yerin təmin edən Almaniya təmsilçisi özü üçün formal xarakterli görüşə eksperimental heyətlə çıxıb.

Mənbə: Böyük Britaniya səfirliyini Tel-Əvivdən Qüdsə köçürmək fikrindən daşınıb

Yeni Britaniya hökuməti səfirliyin Təl-Əvivdən işğal olunmuş Qüdsə köçürülməsi ilə bağlı əvvəlki hökumətin planından imtina edib. 

Operativtv.com SalamNews-a istinadla verdiyi xəbərə görə, bu barədə bir sıra KİV yazıb.

Bu xəbəri Britaniyanın yeni baş nazirinin mətbuat katibi Rişi Sonak da təsdiqləyib.