“HAZIRDA EVİMDƏYƏM...” – DTX-nın saxladığı nazir müavini danışdı

DTX-nın Mədəniyyət Nazirliyində keçirdiyi anti-korrupsiya əməliyyatında saxlanılan və sonradan sərbəst buraxılan, dünən isə Prezidentin sərəncamı ilə mədəniyyət nazirinin müavini vəzifəsindən azad olunan Elnur Əliyev “Gununsesi.info” saytına qısa açıqlama verib.

Sabiq nazir müavini “Mən hazırda evimdəyəm. İndi elə bir vəziyyətdir ki, nəsə deyə bilmərəm. Yəqin ki, yaxın zamanlarda hər şey aydınlaşar, sizin də bundan məlumatınız olar”, - deyə söhbəti yekunlaşdırıb.

"AzPolitika"