İraqın Kətaibi Hizbullah Hərəkatı yeni hökumətə qoşulmaqdan imtina edib

Operativtv.com Rasthaber-ə istinadən xəbər verir ki, İraqın Kətaibi Hizbullah Hərəkatının təhlükəsizlik zabiti bəyanat yayaraq, İraqın yeni hökumətində təhlükəsizlik və mülki mövqenin olmadığını bildirib. Bunu Kətaibi Hizbullah Hərəkatının təhlükəsizlik rəhbəri Əbu Əli əl-Əskəri cümə axşamı günü açıqlamasında verib. “Keçmiş baş nazir Mustafa Əl-Kazimi və komandası Həşdi-Şabi sədrinin müavini Əbu Mehdi əl-Mühəndisi və İran İslam Respublikasının Qüds Qüvvələrinin keçmiş komandanı general Qasım Süleymanini öldürən casuslardır və biz onları mühakimə etmək üçün səylərimizi davam etdirəcəyik. Bizim almalı olduğumuz hüquqlarımız var və bunlardan birincisi Şəhid Əbu Mehdi Mühəndisin və onun dostlarının və qonağımız böyük general Qasım Süleymaninin intiqamıdır. Mən İraqın yeni baş naziri Məhəmməd Şiə əl-Sudaninin hökumətində olmayacağam, heç bir mülki və təhlükəsizlik vəzifəsi götürməyəcəyəm və Nümayəndələr Palatasında iştirak etməyəcəyəm. Amma mən yeni hökumətin işinə nəzarət edəcəyəm və hökumətin nailiyyətlərinə uyğun olaraq mövqeyimi bildirəcəyəm. Biz istəyirik ki, bu hökumət əsas problemlərlə, xüsusən də Amerika və Türkiyənin işğalı ilə məşğul olsun”.