İsraildə Knesset seçkilərində Netanyahunun qələbəsi qətiləşib

Sabiq baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi ultra sağcı Likud partiyasının Knesset seçkilərindəki qələbəsi qətiləşib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Knesset seçkilərində Likud partiyası digər müttəfiq fraksiyalarla birgə 120 kürsüdən 64-nü əldə edib.

Məlumata görə hazırki baş nazir Yair Lapid Benyamin Netanyahunu təbrik edib.

Qeyd edək ki, bu seçkilər İsraildə son dörd ildə beşinci Knesset seçkiləri idi.

Bu seçkilərdə müxalifət partiyaları ittifaq yaratsalar da ultra sağcı Likud partiyasının lideri Benyamin Netanyahunu yalnız bir il müddətində iqtidardan uzaq tuta biliblər.