Mənbə: Böyük Britaniya səfirliyini Tel-Əvivdən Qüdsə köçürmək fikrindən daşınıb

Yeni Britaniya hökuməti səfirliyin Təl-Əvivdən işğal olunmuş Qüdsə köçürülməsi ilə bağlı əvvəlki hökumətin planından imtina edib. 

Operativtv.com SalamNews-a istinadla verdiyi xəbərə görə, bu barədə bir sıra KİV yazıb.

Bu xəbəri Britaniyanın yeni baş nazirinin mətbuat katibi Rişi Sonak da təsdiqləyib.

“Sky News”un məlumatına görə, Britaniya rəsmisi deyib: “Britaniya səfirliyini Təl-Əvivdən işğal olunmuş Qüdsə köçürmək planı yoxdur.

Əvvəlki qərarı istefa verən İngiltərənin keçmiş baş naziri Liz Trass verib.

Bununla bağlı sionist “Yediot Aharnot” qəzeti oktyabrın 30-da yazıb ki, Britaniya nümayəndə heyəti bu ölkənin səfirliyini bu şəhərə köçürmək məqsədi ilə işğal olunmuş Qüdsə səfər edib.