Elmi tədqiqatçı və sülh fəalı Bəhruz Səmədov Ali Məhkəmədə keçirilən prosesdə fasilə zamanı sağ qolunu bir neçə yerdən kəsərək özünə xəsarət yetirib.
Sentyabrın 25-də Ali Məhkəmədə Bəhruz Səmədovun kassasiya şikayətinə baxılıb. Prosesə hakim İlkin Abdullayev sədrlik edib. Prosesdə vəkil Zibeydə Sadıqova dövlətə xəyanət maddəsinin ləğvi barədə şikayət təqdim edib. Məhkəmə şikayəti təmin etməyib.
Bundan sonra Bəhruz Səmədov bir neçə vəsatət qaldırıb. Məhkəmə həmin vəsatətləri də təmin etməyib.
Səmədov məhkəməyə etiraz olaraq özünə xəsarət yetirib. Məhkəməyə təcili yardım çağırılıb.
Hazırda Səmədovun sağlıq durumunun necə olduğu barədə məlumat almaq mümkün olmayıb.
Bəhruz Səmədov Ali Məhkəmədə intihara cəhd edib