İŞİD terrorbaşı “Əbu Zeyd”ə ömürlük həbs tələb olundu

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, Türkiyədə həbs olunan İŞİD terror qruplaşmasının liderlərindən “Əbu Zeyd” ləqəbli Bəşər Xəttab Qəzəl Al Sumaidai ən ağır ittihamlarla ömürlük həbsə məhkum edilə bilər.

Prokuror ona ömürlük həbs istəyərək istintaq başladıldığı qeyd olunur.

Bəşər Xəttab Qəzəl Al Sumaidaiyə ölkənin konstitusyon nizamını zorla dəyişmək cəhdi ittihamı ilə ağırlaşdırılmış ömürlük həbs tələb edilib.