Türkiyədə zəlzələ olub, 20 binaya ziyan dəyib, yaralılar var

Türkiyənin qərbində 4.6 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) rəsmi internet səhifəsində bildirilib.

Zəlzələnin episentri Egey dənizinin sahilində, 10 km dərinlikdə və İzmir şəhərindən 10 km cənub-şərqdə yerləşib.

Türkiyədə baş verən zəlzələ zamanı 20 binaya ziyan dəyib. Operativtv.com APA-ya istinadən xəbər verir ki, 3 şəxs xəsərət alıb.