"Səudiyyə Ərəbistanında yeni edam hökmləri narahatlıq doğurur"

Səudiyyə Ərəbistanında saxta məhkəmələr vasitəsilə vicdan məhbuslarının yeni edam dalğasının başlanması perspektivi insan haqları təşkilatlarını narahat edib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Avro-Səudiyyə İnsan Haqları Təşkilatı onlarla məhbusun, o cümlədən gənclər və uşaqların kütləvi edam edilməsi barədə “Səudiyyə Ərəbistanında edamları dayandırın” və “Qətlləri dayandırın” çağırışı edib.

Təşkilatın məlumatına görə, "Səudiyyə Ərəbistanı səlahiyyətliləri vicdan məhbuslarından 15-i üçün ölüm cəzası verib, edam riski altında olanların sayını ən azı 8-i uşaq olmaqla 53-ə çatdırıb".