ABŞ səfirliyinə hücumla bağlı açıqlama: "Məqsəd xaos yaratmaqdır"

Türkiyənin paytaxtı Ankarada ABŞ səfirliyinə silahlı hücumin məqsədi xaos yaratmaqdır.

Publika.az xəbər verir ki, prezident sözcüsü İbrahim Kalın sosial media hesabında hücumu belə şərh edib.

İ.Kalın bu hücumu qınadıqlarını və onun xaos yaratmaq məqsədilə törədildiyinin açıq şəkildə göründüyünü bildirib: "Türkiyə təhlükəsiz bir ölkədir və xarici nümayəndəliklər qanunların mühafizəsi altındadır. Hadisə araşdırılacaq və qısa zamanda aydınlaşacaq”.

***

ABŞ-ın Ankaradakı səfirliyinin binasına səhər saatlarında təşkil edilən hücumla bağlı Ədalət və İnkişaf Partiyasından açıqlama gəlib.

Partiyanın mətbuat katibi Ömər Çelik silahlı hücumun təxribat olduğunu açıqlayıb.

“Bundan kiminsə şübhəsi olmasın: Türkiyədə işləyən xarici missionerlər, səfirlər dövlətimizin zəmanəti altındadır. Diplomatik fəaliyyətlərini davam etdirənlər millətimizin qonaqlarıdırlar. Hər növ təhlükəsizlik tədbirlərinin təmin edilməsi mövzusunda həssaslıq göstərəcəyik. Türkiyə təhlükəsiz ölkədir” -, sözçü bildirib.

Qeyd edək ki, bu gün səhər saatlarında naməlum şəxslər ABŞ-ın Ankaradakı səfirliyinin təhlükəsizlik işçilərinə silahlı hücum ediblər. Hadisə tələfatsız ötüşüb.