MBH Avropa nümayəndəliyi fəaliyyətə başladı

Müsəlman Birliyi Hərəkatı (MBH) fəaliyyət imkanlarını genişləndirərək bundan sonra Avropada da fəaliyyət göstərəcək.

Beynəlxalq aləmlə geniş əlaqələrin qurulması, baş verən hadisələrə çevik reaksiya verilməsi, ictimai-siyasi vəziyyətin izlənilməsi, eyni zamanda Azərbaycanda baş verən hadisələrin beynəlxalq ictimaiyyətə çatdırılması, müəyyən məsələlərin Avropada diqqətə çatdırılması, xaricdə yaşayan azərbaycanlılarla koordinasiyalı münasibətlərin qurulması, Avropada yaşayan vətəndaşlarımıza dəstək göstərilməsi və digər bu kimi istiqamətlər hərəkatın gələcək fəaliyyət planları sırasındadır.

Hərəkatın Avropa nümayəndəliyi MBH sədri Tale Bağırzadənin qərarı əsasında fəaliyyətə başlayır. Nümayəndəlik Avropada bütün rəsmi və hüquqi sənədləşmə işlərini həyata keçirərək hüquq müstəvisində fəaliyyət göstərməyi qarşısına məqsəd qoyur.

Sədr MBH Avropa nümayəndəliyinin fəaliyyətində Allahdan yardım və dəstək diləyərək bütün nümayəndəlik üzvlərinə uğur və müvəffəqiyyət arzulayır.