ABŞ Suriya ilə sərhəddə 2 hərbi baza inşa edəcək

ABŞ İraqda 2 yeni hərbi baza inşa edəcək.
Qaynarinfo xəbər verir ki, bazalardan biri Əl Ənbar şəhərində, digəri isə Ər-Rutba qəsəbəsində tikiləcək. Hərbi bazalar Suriya ilə sərhədin 100 km məsafəsindəki strateji ərazilərdə yerləşəcək.
Qeyd edək ki, ötən günlərdə ABŞ ordusunun Suriyanı tərk etməsi barədə qərar qəbul edilib. 
Təxminən 5 min ABŞ əsgəri 2014-cü ildən bəri İraqda İŞİD terror təşkilatı ilə mübarizə aparıır.