Nəcəfdə Peyğəmbərin vəfatı münasibətilə matəm bayrağı qaldırıldı

Nəcəf şəhərində yerləşən Həzrət Əlinin (ə) müqəddəs hərəmində Məhəmməd Peyğəmbərin (s) vəfatı (şəhadəti) münasibətilə matəm bayrağı ucaldılıb.

Dünya müsəlmanlarının hüznlə qarşıladığı anım günləri ərəfəsində hərəmin mərkəzi həyətində başsağlığı və matəm rəmzi olan qara bayraq qaldırılıb. Bu simvolik mərasimlə Böyük Peyğəmbərin (s) vəfatı münasibətilə rəsmi yas mərasimlərinə start verilib.

Zəvvarların və inanclı şəxslərin böyük kədər və ehtiramla qatıldığı mərasim çərçivəsində müqəddəs hərəmin ərazisi siyah örtüklərlə bəzədilib, anım günləri boyunca keçiriləcək dini-mənəvi proqramların icrasına başlanılıb.