Atəşkəs və danışıqların formalaşdığı bir zamanda İsrail ordusu növbəti dəfə Livanın cənubunda “Hizbullah”ın bir bölməsinə qarşı əməliyyat keçirib.
Bu barədə İsrail mətbuatı məlumat yayıb.
Məlumata görə, İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı əl-Mansuri kəndində “Hizbullah”ın istifadə etdiyi əməliyyat mərkəzinə hava zərbəsi endirib.
Hücumda ölən və yaralananlarla bağlı məlumat verilməyib. Livanın rəsmi NNA agentliyi isə İsrail ordusunun əraziyə artilleriya zərbələri endirdiyini bildirib.
“Hizbullah” hadisə ilə bağlı açıqlama verməyib.
Xatırladaq ki, İsrail eyni iddia ilə artıq dəfələrdir ki, Livan ərazisinə atəşkəsi pozaraq hücum edir. Bu hücumlarda dinc əhalinin öldürülməsi belə İsraili bu addımlardan saxlamır. Təhlilçiləri İsrailin bu şəraitdə hücumlarını Livan dövlətinə təzyiq olaraq qiymətləndirirlər. Belə ki, Livan dövləti İsrailin hücumlarını dayandırmaq üçün Hizbullahı tərkisilah etsin. Hizbullah isə birmənalı olaraq bu fikirləri rədd edir.
İsrail növbəti dəfə atəşkəsi pozaraq Livanın cənubuna hücum edib