Yəmən husiləri ötən gecə Bab əl-Məndəb boğazı yaxınlığında, Qırmızı dəniz sahilində yerləşən və Yəmən hökumətinin nəzarətində olan Əl-Mükha liman şəhərinə əlavə zərbələr endirdiklərini açıqlayıblar.
Ənsər-Allah hərəkatının məlumatını “Əl-Məsirə TV” yayıb: "Yenidən zərbələr Səudiyyə Ərəbistanının səfərbərlik mərkəzlərini, silah anbarlarını və Əl-Mükhadakı əməliyyat qərargahını hədəf alıb".
Kanal bir neçə ballistik raket və dronların atıldığını göstərən görüntüləri nümayiş etdirib.
Bu arada, hökumətin nəzarətində olan Yəmən Silahlı Qüvvələri sosial mediada Əl-Mükhada hava hücumundan müdafiə sistemlərinin fəaliyyət göstərdiyinə dair məlumat yayıb: "Husilərin ballistik raket və dronlardan istifadə edərək yeni hücum dalğası Əl-Mükhadakı yaşayış məntəqələrini hədəf alıb. Hava hücumundan müdafiə sistemləri bir sıra dronları ələ keçirib".
Yəmən Silahlı Qüvvələrinin məlumatına görə, Husilərin Taiz qubernatorluğundakı Əl-Mükhaya hücumu nəticəsində yeddi mülki şəxs və hərbçi həlak olub, bir neçə nəfər yaralanıb.
“Əl-Məsirə”nin məlumatına görə, bazar günü Husilər Əl-Mükha ərazisində Səudiyyə Ərəbistanı hərbi konsentrasiyalarını, gücləndirmə qüvvələrini və silah anbarlarını hədəf alan "genişmiqyaslı hərbi əməliyyat" həyata keçirdiklərini elan edərək, pilotsuz təyyarə və raket hücumlarının "hərbi texnikanı məhv etdiyini və Səudiyyə vətəndaşları da daxil olmaqla onlarla əsgəri öldürdüyünü və yaraladığını" iddia ediblər.
Hərəkatın bəyanatına görə, Husilər "Səudiyyə Ərəbistanı hərbi qüvvələrinin hərəkətlərini və gücləndirilməsini izləməyə davam etmək və onları birbaşa hədəfə almaq" niyyətindədirlər.
Husilər Səudiyyənin Yəməndəki qüvvələrinə zərbə endiriblər