Məkkə sazişi İslam ölkələrinin müdafiəsi və dəstəklənməsinə əsaslanarsa müsbət addım sayıla bilər

İraq müctəhidlərindən biri Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyə arasında bu yaxınlarda əldə olunmuş üçtərəfli razılaşmanın İslam birliyini təhdid edən bir mərkəzə çevrilməsi barədə xəbərdarlıq. O, bildirib ki, bu razılaşma qərarların qəbulunda müstəqilliyə, işğalçılıq və xarici təcavüzlərlə üzləşən İslam ölkələrinin müdafiəsi və dəstəklənməsinə əsaslanarsa, İslam dünyasında qərarvermə müstəqilliyinin gücləndirilməsi istiqamətində müsbət addım sayıla bilər.

«Əl-İraq əl-Yəvm» saytının məlumatına görə, Ayətullah Şeyx Cavad əl-Xalisinin ofisi Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanmış birgə müdafiə sazişinin nəticələri barədə xəbərdarlıq edərək bildirib:

«Hərbi ittifaqlardan xarici göstərişlərə və məqsədlərə xidmət etmək üçün istifadə olunması İslam dünyasında parçalanma və ayrılıqların daha da dərinləşməsinə səbəb ola bilər.»

O, vurğulayıb ki, İslam ümmətinin birlik və əməkdaşlığa ehtiyacı var, hər hansı yeni ittifaq böyük dövlətlərin iradəsinə tabe olarsa və ya onların layihələrinə xidmət etmək üçün istifadə edilərsə, region xalqlarının tarix boyu rədd etdiyi ittifaqlardan heç nə ilə fərqlənməyəcək.

Ayətullah Xalisi əlavə edib ki, bu ittifaq qərarların qəbulunda müstəqilliyə, işğalçılıq və xarici təcavüzlərlə üzləşən İslam ölkələrinin müdafiəsi və dəstəklənməsinə, xüsusilə də hücuma məruz qalmış ölkələrin, o cümlədən İran İslam Respublikası və Yəmənin müdafiəsi və dəstəklənməsinə əsaslanarsa, İslam dünyasında qərarvermə müstəqilliyinin gücləndirilməsi istiqamətində müsbət addım ola bilər.