ABŞ-ın Suriyadan çıxmasına dünya ölkələrinin reaksiyası

ABŞ Prezidenti Donald Tramp dekabrın 19-da şəxsi "twitter” hesabında Amerikan əsgərlərinin Suriya ərazisini tərk etməyə başlayacaqlarını yazıb.
 
Dünya ölkələri isə bu qərarı birmənalı qarşılamayıb.
 
Rusiya prezidenti Vladimir Putin hər ilin sonu keçirdiyi ənənəvi mətbuat konfransıda, ABŞ-ın Suriyadan çıxacağına inanmadığını bildirib.
"Amerika daha əvvəl Əfqanistandan da çəkiləcəyini demişdi, amma hələ də ordadılar”, - deyə Putin qeyd edib.
 
İsrail prezidenti Benjamin Netanyahu, ABŞ getsə belə Suriyadakı İran varlığına qarşı son dərəcə aqressiv davranacaqlarını deyib.
Bunu Netanyahu dekabrın 20-də verdiyi yazılı açıqlamasında bildirib.
 
Fransanın müdafiə naziri Florence Parly sosial media hesabında, İŞİD-in tam məğlub edilməsinin vacib olduğunu bildirib:
"İŞİD nə xəritədən silindi, nə də kökləri qazındı. Bu terror qruplaşmasının əlində olan son torpaq parçalarında da məğlub olması lazımdır”.
 
Fransa prezidenti Emmanuel Makron "ABŞ Suriyadan çıxsa, ABŞ-ın nəzarətindəki ərazilərə biz daxil olacağıq”, - deyə qeyd edib.
 
Almaniya rəsmiləri isə ABŞ-ın Suriyadan çəkilməsinin lüzumsuz olduğunu, İŞİD-ə qarşı olan savaşı təhlükəyə atacağını bildirib.
 
"İŞİD geri çəkilmiş ola bilər, amma təhlükə hələ də keçməyib. Trampın bu qərarı İŞİD-ə qarşı verdiyimiz savaşı təhlükəyə atır”, – Almaniya xarici işlər naziri Heiko Maas deyib.
Məsələyə hələ münasibət bildirməyən Türkiyə isə  ABŞ-ın Suriyadan çıxmasını ən çox dəstəkləyən ölkə kimi tanınır.
 
Tramp "Twitter” hesabında paylaşdığı bildirişdə İŞİD-i məğlub etdiklərini və əsgərlərinin evə dönmək vaxtı gəldiyini qeyd etmişdi.