ABŞ, İsrail və eləcə də İsraillə əlaqəli bütün gəmilərin Hörmüz boğazından keçməsini qadağan edəcək

İran parlamenti Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsi üçün strateji fəaliyyət planını təsdiqləyib.

Bu barədə İran parlamenti məlumat yayıb.

Daha əvvəl İran parlamentinin rəyasət heyətinin üzvü bildirib ki, plan ABŞ, İsrail və digər düşmən gəmilərinin, eləcə də İsraillə əlaqəli bütün gəmilərin Hörmüz boğazından keçməsini qadağan edəcək. Qadağa həmçinin Müqavimət Cəbhəsinə qarşı əməliyyatlarda iştirak edən gəmilərə və yüklərə də şamil ediləcək.

Bundan əlavə, İrana zərər vuran ölkələrə və şəxslərə kompensasiya ödənilənə qədər Hörmüz boğazından və Fars körfəzindən keçid qadağan ediləcək.

Plan həmçinin qayda pozanlar üçün yükün dəyərinin 20%-dək cərimə də daxil olmaqla, böyük cərimələri nəzərdə tutur.