Türkiyədə xizəkçilik mərkəzindəki yanğında ölənlərin sayı 10 nəfərə çatıb

Türkiyədə Bolu bölgəsində yerləşən Kartalkaya xizək kurortu ərazisindəki hotellərdən birində yanğın baş verib.

Gecə boyu davam edən yanğında ölənlərin sayı artmaqda davam edir. Çox saylı turistlərin yerləşdiyi otel gecə zaman üçün təhlükəni daha da artırıb. Belə ki, bütün turistlərin oteldə olması itki sayını yüksəltməkdə davam edir. Son məlumatlara görə yanğın nəticəsində 10 nəfər ölüb, 32 nəfər yaralanıb. Bəziləri özlərini yüksək mərtəbədən atdıqları üçün həyatlarını itiriblər. 

Yanğın söndürmə işləri hələ də davam edir.