Qəzza razılaşmasının birinci mərhələsi altı həftə davam edəcək, atəşkəs, İsrail qoşunlarının çıxarılması, girovların azad olunmasını əhatə edəcək. Bu barədə ABŞ Prezidenti Cozef Bayden müraciətində bildirib.
Baydenin sözlərinə görə, ikinci mərhələ bütün girovların azad edilməsi və qoşunların çıxarılması prosesinin başa çatmasını nəzərdə tutur və üçüncü mərhələnin həyata keçirilməsi zamanı öldürülən girovların qalıqları qohumlarına qaytarılacaq, bundan sonra anklavın bərpası prosesi başlayacaq.
O bildirib ki, hər üç mərhələdə atəşkəs rejimi tətbiq olunacaq.
Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani bildirib ki, Qəzza zolağında atəşkəs razılaşması yanvarın 19-dan qüvvəyə minəcək. Girovların azad edilməsi razılaşmanın birinci mərhələsi olacaq. HƏMAS-ın ilk mərhələdə 33 girovu azad edəcəyi gözlənilir.
Qəzza zolağında atəşkəs razılaşması əldə olunub.