Ölkə başçısı Azərbaycandakı dini qurumlara maliyyə yardımı ayırıb.
Sərəncama əsasən dini qurumlara ümumilikdə 5,45 milyon manat pul ayrılıb.
Prezidentin Sərəncamı ilə:
• Qafqaz Müsəlmanları İdarəsinə 3 milyon manat
• Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350 min manat
• Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350 min manat
• Avropa yəhudilərinin Bakı dini icmasına 350 min manat
• Sefarad yəhudilərinin Bakı dini icmasına 350 min manat
• Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 350 min manat
• Azərbaycan Respublikasının Alban Udi xristian dini icmasına 350 min manat
• Digər qeyri islam dini icmalarına maddi dəstək məqsədilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fonduna 350 min manat ayrılıb.
Azərbaycandakı dini qurumlara maliyyə yardımı ayrılıb