İranın ali rəhbəri Ayətullah Əli Xameneyinin İran Azərbaycanının vilayətlərindəki nümayəndələri Təbrizdə birgə iclas keçirib.
Rəsmi İRNA xəbər agentliyinin məlumatına görə, yanvarın 18-də şənbə günü Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Zəncan vilayətlərinin cümə imamları birgə toplantı keçirib və iclasın nəticələri açıqlanıb.
İran İslam Respublikasının ali rəhbəri Ayətullah Xameneyi tərəfindən təyin edilən bu dörd vilayətin mərkəzlərinin cümə imamlarının iclasının nəticələri İran mediasında yayımlanıb. Bildirilib ki, toplantının mövzusu "ölkənin şimal-qərb bölgəsinin iqtisadi, məişət, mədəni, siyasi və sosial məsələləri" olub.
Bu dörd ruhaninin iclasdan sonra açıqladığı bəyanata əsasən, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Zəncanda su və enerji çatışmazlığının aradan qaldırılması üçün günəş, külək və geotermal enerji mənbələrinə daha çox diqqət yetirilməli olduğu vurğulanıb. Həmçinin qeyd edilib ki, "yanacaq stansiyalarında alimcəsinə islahatlar" şəhərlərdəki çirkliliyin azaldılmasına töhfə verə bilər.
İclasın sonunda İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı əlaqələrin "siyasi münasibətlərin hüdudlarından ötə olduğu və iki xalqın dərin mədəni, tarixi və dini əlaqələrinə əsaslandığı" vurğulanıb.
Onlar eyni zamanda "xarici ölkələri və xarici kəşfiyyat orqanlarının agentlərini" iki ölkə arasındakı münasibətləri pozmağa çalışmaqda ittiham ediblər. Lakin həmin ölkələr və kəşfiyyat orqanları barədə dəqiq məlumat verilməyib. Onlar qeyd ediblər ki, həmin xarici qüvvələr iki ölkə arasındakı münasibətləri pozmağa nail ola bilməyəcək.
Bu, İran Azərbaycanının dörd vilayətinin Əli Xameneyi tərəfindən təyin edilmiş cümə imamlarının birgə toplantısı keçirməsi ilə bağlı ilk hal deyil.
İran Azərbaycanının 4 vilayətinin cümə imamları toplantı keçirib