İmişlidə yol qəzasına görə etiraz edərək küçələrə çıxanlar polis tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyi bildirib ki, İmişli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə əlaqədar bir qrup şəxs hadisə yerində xuliqanlıq hərəkətləri törədib.
“Xidməti avtomobilə əlavə zərər vurmaqla hadisə yerində hüquq pozuntusu törətməyə cəhd göstərən şəxslər müəyyən olunaraq saxlanılıblar”, - DİN vurğulayıb.
Qurumdan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
MeydanTV
İmişlidə polis maşınının məktəbliləri vurmasına etiraz edənlər saxlanılıb