İsrail-HƏMAS müharibəsi Qırmızı dənizdə ziyanları 200 milyard dollar üzərinə yüksəltdi

The Economist jurnalı Qırmızı dənizdəki qarşıdurmanın İngiltərəyə 200 milyard dollardan çox baha başa gəldiyini təxmin və Ənsarullahın heyrətamiz irəliləyiş əldə etdiyini yazır.

Böyük Britaniyanın “The Economist” jurnalı Yəmən silahlı qüvvələrinin Qəzza müharibəsinə dəstək əməliyyatları nəticəsində Qırmızı dənizdəki inkişaflarla bağlı hesabatında bunları yazıb: “Qırmızı dənizdəki ABŞ gəmilərinin sayı əhəmiyyətli dərəcədə azalsa da, əvəzində onların yerinə Çin gəmilərinin sayı artdı.”

Bu Britaniya nəşrinin araşdırma nəticələri göstərir ki, ABŞ və Böyük Britaniya şirkətləri gəmilərini sığortalamaq üçün çox yüksək xərclərlə üzləşirlər və bu xərclər gəminin ümumi qiymətinin 2 faizinə çatır.

Bu nəşrin hesabatında aşağıdakı ifadələr yer alır: 'Bu müddət ərzində Babülmendepdən keçən yüklərin həcmi üçdə iki azalıb, gəmilər də ölkələrini dəyişib.'

The Economist hesab edir ki, 2024-cü ilə qədər Qırmızı dənizdəki hücumların ümumi dəyəri 200 milyard dolları keçəcək.

Hesabatda Ənsarullahın heyrətləndirici irəliləyiş əldə etdiyi, yeni texnologiya və silahlar təqdim etdiyi bildirilir.

Ötən çərşənbə günü Qəzzada atəşkəsin rəsmi elanından əvvəl Yəmən Qəzzaya dəstək verən cəbhə olaraq bölgədəki ABŞ-ın təyyarə gəmisini hədəfə aldı. Yəmən ordusunun sözçüsü Yəhya Səri deyib: “Birgə hərbi əməliyyat zamanı Qırmızı dənizin şimalında “USS Harry Truman” təyyarədaşıyan gəmisi və dəniz qüvvələrinin birlikləri hədəfə alınıb.

Bu əməliyyatın məqsədlərinə uğurla nail olundu və gəmi Qırmızı dənizə çatdıqdan sonra altıncı dəfədir ki, hədəflənir”.