Yəmən mediası ABŞ hərbçilərinin ölkənin paytaxtı Sənanın şimalında yerləşən Amran əyalətinə yeni hava hücumu təşkil etdiyini bildirib.
Yəməndə yerləşən Əl-Məsirə televiziyasının xəbərinə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) ordusuna aid döyüş təyyarələri paytaxt Sənanın şimalında yerləşən Amran vilayətinin "Hərf Süfyan" şəhərinə 5 hava hücumu həyata keçirib.
Hücumlar nəticəsində ölən və ya yaralananların olub-olmadığı barədə məlumat verilməyib.
Səna hökuməti bundan əvvəl Yəmən silahlı qüvvələrinin öz ölkələrinə hücum planlarına qarşı durmağa hazır olduğunu bəyan etmişdi.
Ənsarullah Hərəkatının lideri Əbdülməlik əl-Husi dünən axşam televiziya ilə çıxışında Yəmən silahlı qüvvələrinin Qəzzada razılaşmasını fələstinli qrupların mövqeyinə uyğun olduğunu və bu qərarın icra mərhələsini dəstəkləyəcəklərini bildirib.
Əl-Husi Yəmənin Fələstin xalqına dəstək məqsədilə əməliyyatlarını davam etdirəcəyini və İsrailin geri çəkilməyəcəyi təqdirdə hərbi müdaxiləyə hazır olduqlarını açıqlayıb.
Yəmən qüvvələrinin Amerika donanmasına qarşı texnoloji və taktiki çətinliklərin öhdəsindən gəldiyini bildirən Ənsarullah lideri ABŞ və İngiltərənin Yəmənə hücumlarının uğursuzluqla nəticələndiyini və bu hücumların Yəmənin müdafiə imkanlarını hədəf aldığını bildirib.
ABŞ Yəmənə hava zərbələri endirib