Çin 2024-cü ildə Rusiyadan neft idxalını 1,3% artırıb

2024-cü ildə Çin Rusiya neftinin idxalını 2023-cü illə müqayisədə 1,3% artıraraq 108,47 milyon tona çatdırıb.

Bu barədə “TASS” məlumat yayıb.

Agentliyin məlumatına görə, qara qızılın idxal dəyəri 2,8% artaraq 62,42 milyard dollara çatıb.