Yol polisinin törətdiyi avtomobil qəzasında 2 uşaq ölüb, digər 1-ı yaralanıb

İmişli rayonu, Yalavac kəndi ərazisində piyada vurma hadisəsi baş verib. Yanvarın 18-də baş verən hadisə zamanı 3 uşaq xəsarət alıb. Onlardan biri hadisə yerində dünyasını dəyişib. Digər iki uşaq xəstəxanaya aparılsa da, 2-ci uşaq da yolda dünyasını dəyişib.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, xidmətə gedən DYP avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqları vurub. Onlardan 2 nəfəri həlak olub, digər azyaşlı xəstəxanaya yerləşdirilib.

Qəzada xəsarət alan yol polis inspektorunun da vəziyyəti ağır olduğu bildirilir.

Dünyasını dəyişən azyaşlılar hadisəni törədən polis əməkdaşının qardaşı övladlarıdır.

Faktla görə cinayət işi başlanılıb, polis və prokurorluq orqanlarında araşdırma aparılır.