Husilər Qəzzada atəşkəsdən sonra yalnız İsraillə əlaqəli gəmiləri hədəf alacaq

Husilər Qəzzada atəşkəs qüvvəyə mindikdən sonra kommersiya gəmilərinə hücumlarını İsraillə əlaqəli gəmilərlə məhdudlaşdıracaqlarını bildiriblər.

Operativtv APA-ya istinadən xəbər verir ki, bu barədə Yəməndə yerləşən Humanitar Əməliyyatlar Koordinasiya Mərkəzinin (HOCC) məlumatında deyilir.

Məlumatda həmçinin bildirilib ki, əgər ABŞ, Britaniya və ya İsrail Yəmənə zərbələri bərpa edərsə, o zaman bu ölkələrə bağlı gəmilərə hücumlar yenidən başlayacaq.