Jurnalist Fərid İsmayılov saxlanılıb

Toplum TV-nin jurnalisti Fərid İsmayılov saxlanılıb. Bu dəqiqələrdə o, məhkəməyə çıxarılır.
Jurnalisti yanvarın 17-də günün birinci yarısında polis əməkdaşları evində saxlayaraq Bakı şəhər Baş Polis İdarəsinə (BŞBPİ) aparıblar.
Onunla yanaşı kirayədə qaldığı otaq yoldaşının da saxlanıldığı bildirilir.
Fərid İsmayılov “Toplum TV işi” üzrə təqsirləndirilən 9 nəfərdən biri idi. 7 nəfər haqda məhkəmə həbs qətimkan tədbiri seçsə də, Fərid İsmayılov və Elmir Abbasov polis nəzarətinə verilmişdi.
Bu gün vəkillərə bildirilib ki, “Toplum TV işi” üzrə istintaq yekunlaşıb və təqsirləndirilən şəxslərə əlavə altı ittiham verilib.
Bir ay öncə Fərid İsmayılov Bakı şəhər Baş Polis İdarəsinə çağrılmışdı. O zaman ona “ağıllı ol” deyə xəbərdarlıq edilmişdi.
 
 
 
ToplumTV