Yanvarın 18-də İmişli rayonunda rəsmi məlumata görə, yol polisinin törətdiyi, iki məktəblinin ölümü ilə nəticələnən qəzadan sonra şəhərdə gücləndirilmiş rejim hökm sürdüyü bildirilir. İnzibati binaların, parkların, meydanların ətrafında polisin qarovul çəkdiyi deyilir.
Bu haqda rayon sakinlərindən biri Toplum TV-yə məlumat verib.
“Dünən saat 2-dən ətraf rayonlardan polis dəstəyi gəlib. Axşam saatlarında isə şəhərə daxili qoşunlar cəlb olunub. Onlar Olimpiya kompleksində gözləyirlər. Xəstəxananın ətrafında da polis və daxili qoşunları görmək olur”, İmişli sakini bildirir.
Toplum TV-yə danışan mənbə özü də rayon mərkəzində iki zirehli maşın gördüyünü bildirir.
Dünən polisin yüksək sürətlə hərəkət edən avtomobillə iki azyaşlını öldürməsindən sonra rayonda etirazlar baş verib.
Sosial mediada yayılan videogörüntülərdə etirazçıların rayon polis idarəsinin qarşısına getdikləri, polisin davranışından, yerli idarəetmədən narazılıqların səsləndiyi görünür.
Rayondakı etirazlardan sonra saxlanılanların olduğu haqda Daxili İşlər Nazirliyi (DİN) də məlumat yayıb, amma say açıqlamayıb.
Yerli mənbənin ehtimalına görə, saxlanılanların sayı 100-dən çoxdur. Əsasən polis avtomobilinə hücum edən, onu çevirən və polislərlə mübahisə edənlərin saxlanıldığı bildirilir.
“Yayılan videoları izləyib sonradan da saxlayırlar adamları”, İmişli sakini deyir.
DİN hələlik saxlanılanların sayını açıqlamasa da, bir qrup şəxsin fotosunu yayıb. Həmin fotoda doqquz nəfər görünür.
Nazirlik həmin şəxslərin vəkillə təmin edildiyini bildirir.
Hələlik saxlanılanların yaxınları və ya vəkilləri mətbuata danışmayıblar.
Bir daha qəzada həyatını itirənlərin sayı haqda: Qəzada ölənlərin sayı haqqında müxtəlif rəqəmlər səsləndirilsə də, İmişlidəki iki mənbə Toplum TV-yə iki məktəblinin həyatını itirdiyini, yaralılardan birinin vəziyyətinin ağır olduğunu bildirir.
Dünən TƏBİB bildirmişdi ki, İmişlidə qəzada xəsarət alan 3 uşaq, birinin durumu kritik ağır olmaqla, müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.
Qurum 1992-ci il təvəllüdlü və 2015-ci il təvəllüdlü şəxslərə ilkin olaraq, qapalı kəllə-beyin travması diaqnozu təyin olunduğunu və reanimasiya şöbəsində müalicələrinin davam etdirildiyini, vəziyyətlərinin ağır qiymətləndirildiyini açıqlamışdı.
Bu gün rəsmi qurumlar hər hansı açıqlama yaymayıblar.
İmişlidə gücləndirilmiş rejim: “İnzibati binaların, parkların ətrafında polis qarovul çəkir, yaxın rayonlardan polis dəstəyi gəlib”