“Toplum TV işi” üzrə ittiham ağırlaşdırılıb

“Toplum TV işi” üzrə istintaq yekunlaşıb.
Bu iş üzrə ittiham ağırlaşdırılıb, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 162-1.1, 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1 maddələri ilə yeni ittihamlar irəli sürülüb.
Həmin iş üzrə təqsirləndirilən şəxslərdən biri, III Respublika Platformasının heyət üzvü Ruslan İzzətlinin həyat yoldaşı Günel Manaflı Facebook hesabında yazır:
“Maddələr demək olar ki, "Abzas Media işi" ilə eynidir. Abzas Media işindən fərqli maddə yalnız 162-1 (əmək müqaviləsi olmadan işçilərin işə cəlb edilməsi) maddəsidir.
Ruslan kimi hara işə götürüb ?! Bu uydurma ittihamlara bu hakimiyyətdən başqa inanan yoxdur. heç onlar da inanmır. sadəcə şər böhtan maşını olaraq bütün işıqlı insanların azadlıqlarını bacardıqları qədər əllərindən almaqla məşğuldurlar”.
“Toplum TV işi” üzrə 9 nəfərə cinayət işi açılıb. Onlardan 7 nəfər haqqında həbs qətimkan tədbiri seçilib, 2 nəfər polis nəzarətinə verilib. Onlar ilkin olaraq qaçaqmalçılıqda ittiham edilirdilər.