Son günlər Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində və istintanq təcridxanalarında işgəncə faktlarının artması ilə bağlı xəbərlər artmaqdadır. İşgəncələr nəticəsində ölüm hallarının qeydə alınması faktları da var. Son 10 gün ərzində iki ölüm hadisəsi qeydə alınıb. 7 saylı cəzaçəkmə müəssisəsində baş vermiş ölüm hadisəsinin səbəbləri barədə azadliq.info-ya ilginc məlumat daxil olub.
Məhbus Nağıyev Tural Elxan oğlu cəza çəkdiyi 7 saylı Çəzaçəkmə müəssisində
vəhşicəsinə döyülərək təhqir edilib. Sonra isə cərimə kamerasına- "karserə" salınıb. Verilən məlumata görə məhbus ona edilən təhqirlər səbəbindən karserdə özünü asaraq intihar edib.
Həmin cəzaçəkmə müəssisəsində digər bir məhbusun da həyatının təhlükədə olduğu bildirilir. Gəncədən olan Orxan adlı məhbus dustaq yoldaşları arasında "ölüm hadisəsindən sonra rəisi dəyişərlər" dediyinə görə karserdə salınıb. Ona da işgəncə verildiyi bildirilir.
7 saylı Cəzaçəkmə Müəssisənin rəisi Mehman Əliyev Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidova yaxınlığı ilə tanınır.
Məhbus işgəncə və təhqirlərə dözməyərək özünə qəsd edib