Avropa İttifaqı ictimai fəallarla bağlı məhkəmə qərarlarından təəssüfləndiyini bildirir

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi ictimai fəalların və jurnalistin haqqında çıxarılmış son məhkəmə qərarlarından təəssüfləndiyini bildirir.
“Avropa İttifaqı Bəxtiyar Hacıyev, Rail Abbasov və İlhamiz Quliyev kimi aktivistlərin, Kanal 11-in jurnalisti Teymur Kərimov, eləcə də həmkarlar ittifaqı üzvü Afiyəddin Məmmədovun həbs cəzasına məhkum edilməsindən təəsüflənir”, sosial şəbəkədə yayılan açıqlamada qeyd olunur .
Aİ nümayəndəliyi həmçinin Azərbaycan hökumətinə müraciət edib: “Biz, fundamental hüquqlarının qorunmasına görə həbs olunanları azad etməyə çağırırıq”.