Yüzlərlə tələbənin vizası ləğv edildi: Səbəb Fələstindir!

ABŞ rəhbərliyi qanun qaydalarını nəzərə almadan Fələstinə dəstək verən universitet tələbələrinin vizalarını ləğv edib.

ABŞ prezidenti Donald Tramp administrasiyası Fələstinə dəstək nümayişlərində iştirak edən 1000-dən çox əcnəbi tələbənin hüquqi statusunu, vizasını və yaşayış icazəsini ləğv edib.

160 universitet qaynağına əsaslanaraq tərtib edilən xəbərə görə, ABŞ-da tələbələr və məzunlar üçün vizaların ləğvi gündən-günə artır. Adətən elektron poçt vasitəsilə vizalarının ləğv edildiyi xəbər verildiyi halda bu dəfə tələbələrə vizalarının ləğv edilməsinin səbəbi barədə məlumat verilmir.

Hazırda yüzlərlə tələbənin vizalarının ləğv edilmə riski ilə üzləşdiyi, vizası ləğv edilən tələbələrin isə deportasiya olunma təhlükəsi ilə üzləşdiyi bildirilir.

Bu arada vizalarının ləğvinə qarşı çıxan tələbələr Tramp administrasiyasına qarşı iddia qaldırıblar. Bundan əvvəl federal hakim vizası ləğv edilmiş Dartmut Kollecinin doktorantı Syaotian Liunun hüquqi statusunu bərpa etmək üçün müvəqqəti həbs qərarı çıxarmışdı.