Tərəfdarlar İsraillə "gizli" görüşdən yazıblar

İsrail və Türkiyənin Suriyada gərginliyin azaldılması mexanizminin yaradılması üçün texniki danışıqlara ötən həftə paytaxt Bakıda başlayıb.

Ankara və Təl-Əviv danışıqları təsdiqləyib və təmasların davam edəcəyi mesajını verib.

Danışıqlara ev sahibliyi edən Azərbaycan prezidenti İlham Əliyev iki ölkə arasında bu prosesin “normallaşma”ya çevriləcəyinə ümid etdiyini bildirib və ölkəsinin bu prosesi “asanlaşdırmaq” üçün əlindən gələni edəcəyini bildirib.

Bu gün “Hürriyyət” qəzetindən Əbdülqadir Selvi və Hande Fırat Bakıda aparılan danışıqlarla bağlı onlara diktə edilmiş görünən məlumatları qeyd edib.

Hər iki müəllifin xəbərləri göstərir ki, Ankara Suriyaya hücumlarını dayandırmaq üçün Təl-Əvivə mesaj göndərir və bildirir ki, bu hücumlar Dəməşqdə HTŞ hökumətinə təzyiqləri artıracaq ki, nəticədə bu da “milis qüvvələrinin” mümkün müharibəyə cəlb olunmasına gətirib çıxaracaq. Belə olan halda İsrail daha da çətin vəziyyətə düşəcək.

Selvi “Türkiyə ilə İsrail toqquşacaqmı? Nələr baş verir?” başlıqlı məqaləsində Bakı görüşündə müzakirə olunanlarla bağlı bunları qeyd edib:

"Danışıqlar zamanı İsrail nümayəndə heyəti diplomatik və hörmətli dildən istifadə edib. Onlar "Oktyabrın 7-dən sonra təhlükəsizlik konsepsiyamız dəyişib. Biz regionda heç kimə inanmırıq" fikrini əks etdirib.

Türkiyə onlara xəbərdarlıq edib ki, “Bu cür hücumlar İsrailin təhlükəsizliyini təmin etməyəcək, son nəticədə yeni Dəməşq hökumətinə təzyiqləri artıracaq, milis qüvvələri mümkün müharibəyə cəlb oluna  və bu halda İsrail daha da problemlə üzləşə bilər”.

 

“Milis qüvvələri işə girərsə, İsrailin təhlükəsizliyi daha da çətinləşəcək” mesajı

Ankara danışıqlar zamanı qırmızı xətlərini “aydın” şəkildə izah edib və xəbərdarlıqlar edib və bunları qeyd edib:

"- 'Türkiyə bir daha göstərdi ki, bəzi İsrail idarəçilərinin gündəmində olan Suriyanın bölünmə ssenarisinə qapını bağlayıb. Ərazi bütövlüyündən və vahid Suriya Dövlətindən geri addım atmaqdan söhbət gedə bilməz.

- İndi gələk İsrailin Suriyada həyata keçirdiyi hücumlara... Ankara bu cür hücumların Dəməşqdə yeni hökumətə təzyiq göstərəcəyinə diqqət çəkərək, mümkün iğtişaş və ya qarşıdurma halında milis qüvvələrinin müdaxilə edə biləcəyini xatırladıb.

Sadə dillə desək, mesaj aydındır; “İsrailin bu cür hücumları İsrailin təhlükəsizliyini təmin etmir. Əksinə, milis qüvvələrinin iştirakı ilə təhlükəsizlik daha da çətinləşir”.