"Tofiq Yaqublu ilə görüşdüm. Artıq demək olar ki, yeriyə belə bilmir. Fiziki dəstək olmazsa hərəkət etməkdə çətinlik çəkir. Məhz həmin dəstəklə və elektro maşınla görüşə gətirilmişdi. Görmə qabiliyyətini belə itirir.
Zorla olsa da qeyd etdi ki, fiziki məhvinə doğru aparan aclıq, əksinə onun psixoloji olaraq güclü edir. Ədalətinə nail olmaq üçün fiziki məhv olmasını belə göz önünə alır.
Görüş uzun sürmədi, səbəbi isə artıq danışmaqda belə çətinlik çəkir…"
Vəkildən Tofiq Yaqublu ilə bağlı cox narahatedici xəbər