Hacı Zülfüqar Mikayılzadə azadlığa qovuşub

Aprelin 16-da Quran hafizi, ilahiyyatçı Hacı Zülfüqar Mikayılzadə Moskvada məhkəmə önünə çıxarılıb. Barəsində dini ayrı-seçkilik yayma, ixtişaş və qarşıdurmaya təhrik etmə kimi ittihamlar irəli sürülmüş ilahiyyatçı 15 noyabr 2024-cü ildə Moskvada saxlanılmışdı. Şikayətçi tərəf Azərbaycan olaraq Hacı Zülfüqarın qeyd edilən ittihamlar əsasında həbs olunaraq Azərbaycana ekstradisiya olunması ilə bağlı Rusiya dövlətinə müraciət etmişdi.

Hacı Zülfüqar Mikayılzadə barəsində məhkəmə iddia olunan sübutların təqdimi üçün iki dəfə, müxtəlif zamanlarda Azərbaycan dövlətinə vaxt versə də, son tatixin bitməsinə baxmayaraq iddia olunan sübutlar məhkəməyə təqdim edilə bilməyib.

Elə buna görə də məhkəmə tutarlı sübutların olmaması səbəbində aprelin 16-da ilahiyyatçı barəsində ittihamları ləğv edərək onu azadlığa buraxıb.

Xatırladaq ki, Quran hafizi Hacı Zülfüqar Mikayılzadə 2024-cü il noyabrın 15-də Əyyami Fatimiyyə məclislərində iştirak üçün Moskvadan İjevsk şəhərinə uçarkən bu şəhərin hava limanında saxlanılmışdı.