Dərbənddə inşa edilən Ruhani Mərkəzin mərkəzi hissəsi olacaq məscidin dizaynında Yunanıstanın Tasos adasından gətiriləcək ağ mərmərdən istifadə olunacaq.
Bu barədə layihənin memarı İsa Maqomedov məlumat verib.
Memarın sözlərinə görə, eramızın VI əsrindən etibarən hasil edilən bu mərmər növü özünün misilsiz təmizliyi və davamlılığı ilə seçilir. Tarixən bu mərmərlə məbədlər və saraylar bəzədilib. İndi isə Dərbənddə inşa edilən kompleksin əsas elementi olacaq məscidin tərtibatında istifadə olunacaq.
Mərmərin yalnız estetik baxımdan deyil, həm də funksional xüsusiyyətləri var. Onun unikal istilik tutumu sayəsində, 40 dərəcəlik isti havalarda belə məscidin daxili sərinliyini qoruyacaq. Hal-hazırda bu mərmər Yaxın Şərqdəki sarayların üzlənməsində və bir çox dünya miqyaslı tarixi abidələrin bərpasında istifadə olunur.
Tikilməkdə olan məscid həm də Dərbənd Ruhani Mərkəzinin ən böyük və əsas obyektidir. Onun dizaynında Abu-Dabidə yerləşən Şeyx Zayed məscidindən ilham alınıb. Məscidin minarələrinin hündürlüyü 88 metr olacaq ki, bu da təxminən 30 mərtəbəli bina hündürlüyündə olacaq.
Yeni məscid Dağıstan xalqlarının birliyinin rəmzi olacaq. Belə ki, məscidin dekorativ tərtibatında “Dağlar ölkəsi” adlandırılan bölgədə yaşayan bütün xalqların ənənəvi naxışlarından istifadə ediləcək.
Yeni məscid “Qafqaz Yerusəlimi” mərkəzinin bir hissəsi olacaq və Allahın evi olaraq həm estetik, həm də mənəvi baxımdan böyük əhəmiyyət daşıyacaq.
Az.shafaqna.com
Qonşu ölkədə tikilən məscidin minarələri 30 mərtəbəli bina hündürlüyündə olacaq