Azərbaycan millisi Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatında növbəti oyununu keçirib.
Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv C Divizionunun 1/16 final mərhələsində Çili yığması ilə üz-üzə gəlib. Görüş rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Milli komandamız növbəti görüşdə Cəbəllütariq yığmasını sınağa çəkəcək.
U-16 mundialdakı ilk oyununda Timor-Lesteni 6 cavabsız qolla üstələyib, İsraili məğlub edib - 3:1. Andorraya minimal hesabla (1:0) qalib gələn millimiz Avstraliyaya 1:3, Haitiyə 0:4 hesabı ilə uduzub. Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv hazırda 65-96-cı yerlər uğrunda mübarizə aparır.
Dünya çempionatı oktyabrın 30-da Bakı Kristal Zalında keçiriləcək altı final oyunu, mükafatlandırma və bağlanış mərasimi ilə yekunlaşacaq.
Azərbaycan millisi FIFA U-15 dünya çempionatında Çiliyə uduzdu