Gürcüstan prezidenti aksiyanın zor gücünə dağıdılmasına haqq qazandırıb

"Gürcüstan prezidenti hesab edir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları lazım olduğu kimi hərəkət ediblər”.
 
Bu barədə "Report.az" xəbər verir.
 
Bu barədə Gürcüstan prezidentinin mətbuat katibi Xatia Moistsrapişvili brifinqdə bildirib.
 
Onun sözlərinə görə, əgər həmin hərəkətlər zamanı güc həddi aşılıbsa, bu, istintaqın mövzusudur: "Qanun pozuntusuna yol verənlər müəyyən olunsa, onlar cəzalandırılmalıdır”.
 
Mətbuat katibi qeyd edib ki, S.Zurabişvili cəmiyyətin bütün suallara cavab almalı olduğunu hesab edir: "Bunun üçün tez və effektiv istintaq aparılmalıdır”.