“Abzas Media” beynəlxalq “Index on Censorship” təşkilatının 2026-cı il “İfadə Azadlığı Mükafatı”nın (Freedom of Expression Awards) jurnalistika kateqoriyası üzrə üç namizədindən biri seçilib.
Bu barədə təşkilatın açıqladığı namizədlər siyahısında məlumat verilib.
Jurnalistika kateqoriyasında “Abzas Media” ilə yanaşı, Gürcüstanın müstəqil media qurumlarını birləşdirən “Sinatle Media” şəbəkəsi və Ukraynanın “Vorskla” regional nəşri də namizəd göstərilib.
“Index on Censorship” bildirir ki, bu kateqoriya üzrə mükafat senzuranı və ifadə azadlığına təhdidləri üzə çıxaran, ictimai əhəmiyyətli jurnalist fəaliyyətinə görə təqdim olunur.
Təşkilat “Abzas Media”nı Azərbaycanda korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə hallarını araşdıran müstəqil media qurumu kimi təqdim edib.
“Güclü biznes dairələri və hakimiyyət haqqında araşdırmalarına görə redaksiyanın altı əməkdaşı hazırda həbsdədir, komandanın qalan üzvləri isə mühacirətdə fəaliyyət göstərirlər”, - təşkilatın açıqlamasında deyilir.
Namizədlərin təqdimatında qeyd olunur ki, 2016-cı ildə yaradılan “Abzas Media” yüksəkvəzifəli məmurlarla, o cümlədən prezidentin ailəsi və yaxın ətrafı ilə əlaqəli korrupsiya və maliyyə şəbəkələri barədə araşdırmalar dərc edib. Nəşr həmçinin insan hüquqlarının pozulması, siyasi həbslər, polis zorakılığı və həbsxanalardakı vəziyyəti işıqlandırıb.
Təşkilat xatırladır ki, 2023-cü ilin noyabrında “Abzas Media”nın ofisində axtarış aparılıb, avadanlıqlar müsadirə edilib və əməkdaşları həbs olunublar.
Açıqlamada vurğulanır ki, həbsdə olan jurnalistlər fəaliyyətlərini dayandırmayıblar. Onlar həbsxanalardakı saxlanma şəraiti, zorakılıq, tibbi yardımın göstərilməməsi və məhbusların gündəlik həyatı barədə yazılar hazırlamağa davam edirlər. Redaksiyanın digər üzvləri isə xaricdən araşdırmalar aparır və materiallar dərc edirlər.
“Index on Censorship”in münsiflər heyəti namizədlərlə bağlı açıqlamasında bildirib ki, avtoritar dövlətlər fərqli fikirləri susdurmaq üçün mexanizmlərini gücləndirsələr də, seçilən jurnalistlər, sənətçilər və fəallar bu təzyiqlərə qarşı mübarizəni davam etdirirlər.
“Bəzən insan özünü gücsüz hiss edir. Bu qısa siyahı isə bunun əksini göstərir”, - münsiflər heyətinin açıqlamasında deyilir.
“İfadə Azadlığı Mükafatı” incəsənət, ictimai fəallıq və jurnalistika üzrə üç əsas kateqoriyada təqdim olunur.
2026-cı ilin qaliblərinin mükafatlandırılması mərasimi noyabrın 19-da Londonda keçiriləcək.
“Abzas Media” beynəlxalq ifadə azadlığı mükafatına namizəd göstərilib

Oxşar xəbərlər