Putin Mahmud Abbası BRICS sammitində iştiraka dəvət edib

Fələstin Prezidenti Mahmud Abbas Kazanda keçiriləcək BRICS sammitinə dəvət olunub.

Operativtv Az.rasthaber-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Onun sözlərinə görə, sammit zamanı İsrail və Fələstin mövzusu da müzakirə olunacaq.

“Rusiya həmişə BMT Təhlükəsizlik Şurasının iki dövlətin - İsrail və Fələstin dövlətlərinin yaradılması ilə bağlı qərarının icrasının tərəfdarı olub”, - Rusiya lideri qeyd edib.