Fransa İlqar Məmmədovun azadlığa buraxılmasını alqışlayır

Fransa İlqar Məmmədovun həbsdən azad edilməsini alqışlayır.

"Bu, beynəlxalq ictimaiyyətin gözlədiyi, Azərbaycan hakimiyyəti ilə əlaqələrimizdə bizim də daim dəstəklədiyimiz qərardır", -Fransanın Avropa və Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Fransa Avropa Şurasının üzvü kimi Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının tam yerinə yetirilməsinə sadiqdir.

İ.Məmmədov 5 il həbs cəzasından sonra azad edilib. O 2013-cü ilin yanvarında İsmayıllıda etiraz aksiyalarının təşkili ittihamı ilə mühakimə olunmuşdu.

Strasburq məhkəməsi İ.Məmmədovun həbsinin və azadlıqdan məhrum edilməsinin qanunsuz olması barədə iki qərar qəbul edib. Lakin Apellyasiya Məhkəməsi qalan 1,5 il həbs cəzasını 2 il sınaq müddəti olmaqla şərti cəza ilə əvəzləyib.

Turan