Fransanın sabiq prezidenti vəfat edib

Fransanın sabiq prezidenti Jak Şirak 87 yaşında vəfat edib. 
 
"Report" xəbər verir ki, bu barədə Fransa KİV-ləri məlumat yayıb.
 
J.Şirak 1995-2007-ci illərdə Fransanın prezidenti olub. 
 
Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı sərəncamla Jak Şirak Fransa ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif edilib.