Son dörd ildə Fransa Qaçqınlar üzrə Milli Məhkəməsinə (CNDA) müraciət edən azərbaycanlı mühacirlərin sayı azalıb.
Bu barədə "Report.az" xəbər verib.
Xəbərdə deyilir ki, bu, Fransanın Qaçqınlar üzrə İdarəsinin sığınacaq müraciətlərinə mənfi cavab verməsindən sonra olub.
Nəticədə 2015-ci ildən Fransanın Qaçqınlar üzrə Milli Məhkəməsinə işlərinə yenidən baxılması üçün müraciət edən azərbaycanlı mühacirlərin sayı azalmaqda davam edib. Belə ki, məhkəməyə müraciət edən azərbaycanlıların sayı 2015-ci ildə əvvəlki ilə nisbətən 15,5 faiz, 2016-ci ildə 12.8 faiz, 2017-ci ildə 28,3 faiz, 2018-ci ildə isə 17,8 faiz az olub.
Fransanın Qaçqınlar üzrə Milli Məhkəməsinə (CNDA) Küveytdən olan mühacirlərin müraciətlərinin sayı 2018-ci ildə ötən ilə nisbətən 900 faiz, Braziliyadan 766,7 faiz, Uqandadan 600 faiz artıb.
Fransa məhkəməsinə müraciət edən azərbaycanlı mühacirlərin sayı azalıb
Oxşar xəbərlər